XİDMƏTLƏR

İnfoqrafika

Qrafik üsulla animasiyalı videoçarxların köməyi ilə müştərilərə hətta ən mürəkkəb informasiyanı tez...

Daha ətraflı

Mobil əlavələr

Müştərilərin sifarişi ilə iPhone, Android və Windows phone əməliyyat sistemli mobil cihazlar üçün əlavələr

Daha ətraflı

Əlaqə mərkəzi

Məhsulların əlaqə mərkəzi vasitəsilə satışını həyata keçiririk. Bura texniki infrastruktur...

Daha ətraflı

Kütləvi SMS

İnformasiya mübadiləsinin rahat, sürətli və etibarlı vasitəsi olan kütləvi SMS göndərilməsini təşkil edirik.

Daha ətraflı

Sorğular

SMS, IVR və USSD texnologiyalarından istifadə etməklə apardığımız marketinq sorğuları müştərilərlə interaktiv

Daha ətraflı

Viktorinalar

SMS və IVR kanalları üzərindən viktorinaların işlənib hazırlanması və tam texniki dəstəyini həyata keçiririk.

Daha ətraflı

Səs xidmətləri

Kütləvi səsli mesajlar - Müştərilərlə birbaşa əlaqə qurmaq üçün ən çox tələb olunan xidmətlərimizdən biridir.

Daha ətraflı

Promokampaniyalar

Mobil marketinq kampaniyalarının təşkili üçün texniki həllər təqdim edirik. Mobil rabitə operatorları...

Daha ətraflı

LAYİHƏLƏR

"Coca-Cola" şirkəti üçün "Özün kimi ol" layihəsi

Mpromo "Coca-Cola" şirkətinin "Sprite" brendi üçün "Özün kimi ol" şüarı altında keçirilən promo aksiyaya tam texniki dəstək verib. Kampaniyanın iştirakçılarına 500 MB-lıq internet paketlər və digər dəyərli hədiyyələr qazanmaq imkanı təqdim edilirdi.
Azərbaycan mobil rabitə istifadəçilərinin aksiyaya böyük marağı layihənin uğurlu keçdiyini deməyə əsas verir.

"Carlsberg Group" şirkətinin "Xırdalan" brendi üçün "Qapaq altında pul!" aksiyası

"Carlsberg Group" şirkətinin "Xırdalan" brendi üçün keçirilən "Qapaq altında pul!" aksiyasına Əlaqə mərkəzi xidmətləri də daxil olmaqla, tam texniki dəstək təqdim etmişik.

"Kimberly Clark" şirkəti ilə "Huggies geyin, dəbli ol!" kampaniyası

"Mpromo" "Kimberly Clark" şirkəti ilə birgə "Huggies geyin, dəbli ol!" kampaniyasını həyata keçirdi. Aksiya, məhsula Azərbaycan mobil rabitə istifadəçiləri arasından yeni istehlakçı dalğası cəlb etdi. Kampaniya müddətində müştərilərə pulsuz dəqiqələr hədiyyə edilir və onlara super prizin oynanılmasında iştirak hüququ verilirdi.

EMIN və Rusiya estrada ulduzları ilə konsertinin promo aksiyası

"Mpromo" "Beat Group"-un sifarişi ilə EMIN və Rusiya estrada ulduzlarının birgə konsertlərinin reklam kampaniyası üçün kompleks texniki dəstək göstərib. Konsertlərdən biri dekabrın 4-də Baku Crystal Hall-da, digəri isə dekabrın 11-də Moskvada - Crocus City Hall-da baş tutmuşdur. Aksiyanın hədəfi Azərbaycan mobil rabitə istifadəçilərinin konsertlərə pulsuz bilet uduşunu təşkil etmək idi. Kampaniya SMS lotereya və IVR viktorina şəklində həyata keçirilmişdir.

Mpromo-dan Bonduelle şirkəti üçün "Xoşbəxt ailənin resepti..." aksiyası

Bonduelle şirkəti "Xoşbəxt ailənin resepti: Süfrədə peşəkar ləzzət, ailənizlə Parisə səyahət" adlı kampaniya təşkil edib. Məqsəd Bonduelle məhsullarına daha çox alıcı cəlb etməkdir. Mpromo bu ideyanı mobil texnologiyalar vasitəsilə reallaşdırmağa kömək etdi. Bu isə müştərilərin kampaniyada iştirakını asanlaşdırdı. Alıcılar stikerdəki xüsusi kodu 8848 qısa nömrəsinə göndərməklə Phillips mətbəx texnikasının oynanıldığı uduşun iştirakçısına çevrilirlər. Finalın qalibi isə Parisə ailəvi səyahət etmək imkanı azanacaq. Aksiya 1 Dekabr 2014-cü ildə start götürüb və 31 Mart 2015-ci ilədək davam edəcək.

“Coca-Cola”nın Yeni illə bağlı aksiyasına texniki dəstək

Coca-Cola brendi üçün "Yeni İl" kampaniyasının texniki cəhətdən reallaşdırılması aksiyanın yüksək səviyyədə keçməsinə və qiymətli hədiyyələr qazanmaq imkanı yaratdı. Aksiyanın iştirakçıları Coca-Cola içkilərini həvəsləndirici hədiyyələr kimi qazanırdılar, amma ən böyük həyəcana Volkswagen Polo markalı maşının uduşda olması səbəb oldu. Aksiya müddətində alıcılar bu markadan olan 10 avtomobil qazandı.

PARK CINEMA üçün Mobil Marketing layihəsi

Bizim Çağrı Mərkəzinin xidmətlərindən istifadə edərək PARK CINEMA şirkəti üçün mobil marketinq üzrə layihə başlayıb və uğurla həyata keçirilmişdir. Xüsusi hazırlanmış agentlər müştərilərə zəng edib Park Cinema kinoteatrın sessiyalarına pulsuz bilet təklif edirdilər. Aksiya ölkədə kinoteatrlara ziyarətçilərin cəlb edilməsi idi və bu ictimaiyyət arasında böyük marağa səbəb olub.

«M&M’s Wanted» interaktiv promoaksiyası üçün “Qaynar xətt” xidməti

M&Ms brendi “Tap və qazan” adlı SMS lotereyanı keçirmək üçün Mpromo-nu seçdi. 2016-cı ilin iyununda start götürən aksiyanın iştirakçısına çevrilmək və əsas hədiyyə - Volkswagen Polo avtomobilini qazanmaq üçün abonentlər M&Ms bağlamalarındakı kodu www.mmswanted2.com saytında qeydiyyatdan keçirməli və ya 6858 qısa nömrəsinə göndərməli idilər. Mpromo kampaniyaya texniki dəstək göstərdi və qısa nömrənin ölkənin hər 3 mobil operatoruna qoşulmasını təmin etdi.

Yeni tədris layihəsi www.700.az üçün “Qaynar xətti” təqdim edilib

Abituriyentlər qəbul imtahanlarına sərfəli qiymətlərlə fərdi qaydada repetitor hazırlığı imkanı əldə edib. Keyfiyyətli tədris materialları və proqramları ilə Ali məktəblərə yüksək balla qəbul olmaq istəyənlər üçün www.700.az onlayn təhsil verir. Layihə çağrı mərkəzi ilə təmin edilib ki, bununla da abituriyentlərə lazımi informasiya verilir və www.700.az layihəsi təklif edilir.

"P&G" lotereyası üçün texniki və marketinq dəstəyi

Mpromo 2016-cı ilin fevral ayında P&G brendi üçün “1 məhsul=1 şans” adlı stimullaşdırıcı   SMS-lotereyanın keçirilməsinə texniki və marketinq dəstəyi göstərdi. 3 ay davam edən kampaniyanın iştirakçısı olmaq üçün P&G məhsullarının bağlamasındakı kodu 2030 qısa nömrəsinə göndərmək lazım idi. Mpromo komandası respublikanın bütün mobil operatorları ilə razılıq əldə etdi və qaliblərin seçilməsi üçün xüsusi proqram təminatı işləyib hazırladı.

Mpromo M&Ms brendi ilə birgə “M&Ms Kino” kampaniyasını həyata keçirdi

2016-cı ilin fevralında Mpromo M&Ms brendi ilə birgə “M&Ms Kino” kampaniyasına start verdi. Kampaniya çərçivəsində Mpromo “Qaynar xətt”inin əməkdaşları iştirakçıları aksiyanın şərtləri barədə bütün lazımi informasiya ilə təmin etdilər. Yeri gəlmişkən, bir çox brendlər müştərilərini gələcək tədbirləri barədə məlumatlandırmaq və xidmətlərinin keyfiyyətini yüksəltmək üçün məhz bu metoda müraciət edirlər.

"Lay's" brendi üçün "Futbol promo" adlı SMS-kampaniya

2016-cı ilin may ayının əvvəlində "Lay's" brendi ilə “Futbol promo” adlı SMS kampaniyaya başladıq. "Lay's" bağlamalarındakı kodu tapıb 6868 qısa nömrəsinə göndərən aksiya iştirakçıları pulsuz danışıq dəqiqələri qazandılar. 

Kampaniya çərçivəsində Mpromo aşağıdakı xidmətləri göstərdi: ölkənin hər 3 mobil operatoru ilə razılığın əldə olunması, pulsuz danışıq dəqiqələrinin verilməsi, www.lays.az web səhifəsinin işlənib hazırlanması. 

 

"Huggies" brendi üçün telemarketinq xidməti

Mayın əvvəlində Mpromo "Huggies" brendinə telemarketinq xidməti göstərdi. Biz gənc analara zəng vurduq, onları klinikalarda və iri supermarketlərdə keçirilən aksiya barədə məlumatlandırdıq. Kampaniya çərçivəsində analara körpələrinə pulsuz bezlər almaq üçün kuponlar təqdim edilirdi.

Mpromo-dan "Formula 1" üçün telemarketinq

İyunun əvvəlində Mpromo Azərbaycan üçün əlamətdar hadisələrdən biri olan “Formula 1”-ə telemarketinq xidməti ilə dəstək oldu. Əlaqə mərkəzimiz vasitəsilə potensial izləyicilərə tədbir barədə ətraflı məlumat təqdim etdik

"Snickers"-in "Uduş aclığını yatır!" kampaniyası üçün informasiya dəstəyi

2016-cı ilin martında Snickers brendi ilə birgə yeni kampaniyaya start verdik. Əsas ideya www.snickers25.az saytındakı «Uduş aclığını yatır” oyununa daha çox iştirakçı cəlb etməkdən ibarət idi.

Mpromo kampaniyaya Əlaqə mərkəzi vasitəsilə informasiya dəstəyi göstərdi. Operatorlarımız aksiya ilə bağlı sualı və ya narazılığı olan iştirakçıların zənglərini cavablandırdılar. 

Mayın əvvəlində Mpromo Huggies brendinə telemarketinq xidməti göstərdi. Biz gənc analara zəng vurduq, onları klinikalarda və iri supermarketlərdə keçirilən aksiya barədə məlumatlandırdıq. Kampaniya çərçivəsində analara körpələrinə pulsuz bezlər almaq üçün kuponlar təqdim edilirdi.

 

TƏRƏFDAŞLAR

Mpromo brendi altında çalışan Digital Services komandasının peşəkarlığı və operativliyi...

Daha ətraflı

2009-cu ildən bəri Digital Services şirkəti ilə bir sıra mobil marketinq layihələrini gerçəkləşdirmişik…

Daha ətraflı

Eminin yubiley konsertlərinin promoaksiyalarının keçirilməsindəki kreativliyinə...

Daha ətraflı

Uğura gedən yolda ən vacib məqamlardan biridə düzgün şirkətlərlə əməkdaşlıq etməkdir.

Daha ətraflı

Haqqımızda

Mpromo biznesinizi istehlakçılarınıza və potensial müştərilərinizə daha yaxın edəcək.

Daha ətraflı

ƏLAQƏ

YERLƏŞDİYİ MƏKAN

Ünvan: City Point Biznes Mərkəzi Cəlil Məmmədquluzadə küç., 102A Bakı, Azərbaycan, AZ1022

ƏMƏKDAŞLIQ

E-mail: partner[at]mpromo.az
Ofis: +994 12 4043130

MÜŞTƏRİ XİDMƏTLƏRİ

Əlaqə nömrəsi:
+994 12 4043131